Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, bu gecə "Nyukasl" - "Qarabağ" matçı ilə yanaşı qitənin bir nömrəli klub turnirində daha 3 görüş keçiriləcək.
İlk görüş Madriddə baş tutacaq. "Atletiko" səfərdə 3:3 hesablı heç-heçə etdiyi "Brügge" ilə bu dəfə doğma azarkeşləri önündə üz-üzə gələcək.
Mövsümün sürpriz komandalarından biri olan "Budo-Qlimt" isə İtaliyada "İnter"in qonağı olacaq. Evdə milanlıları 3:1 hesabı ilə üstələyən Norveç təmsilçisi cavab oyununda üstünlüyünü qorumağa çalışacaq.
"Bayer Leverkuzen" isə səfərdə iki cavabsız qolla məğlub etdiyi "Olimpiakos"u bu dəfə evdə sınağa çəkəcək.