AZ

“BŞİH-nə tabe Yaşıllaşdırma Təsərrüfatı Birliyində normal aqronom yoxdur” — Alim danışdı

“Ekoloji tarazlığın pozulduğu dünyada insan sağlamlığını şərtləndirən səbəblərdən biri də yaşıllığın qorunub saxlanmasıdır. Belə götürdükdə, bu işi ölkəmizdə BŞİH-nin tabeçiliyində Yaşıllaşdırma Təsərrüfatı Birliyi həyata keçirir. Qurum rəhbərliyi üzərinə düşən vəzifəni normal həyata keçirirmi? Xeyr, keçirə bilmir! Çünki, orada normal bir aqronom yoxdur. Belə getsə…”

Bu sözləri KONKRET.az-a açıqlamasında alim-aqronom Xanəhməd Əsgərov deyib.

O, daha sonra qeyd edib:

“Bunu ona görə vurğulayıram ki, ötən həftə Nizami rayonu, Polis İdarəsinin qabağındakı parkda və ordan bir az qabağa Şirin Mirzəyev küçəsi 68A, 70 binalarının qabağında salınmış abad həyətdə müşahidə etdim və çox təəssüfləndim. Belə ki, hər iki ünvanda yaşıllıq (qazon örtük) yüksək təzyiqli su ilə suvarılırdı. Özü də neçə? 1 kvadrat metr əraziyə bəlkə 5 dəqiqə su verilirdi. Demək olar, ərazi gölməçəyə çevrilmişdi. Hətta, ərazini suvararkən ətrafda aparılmış təmir işləri də korlanırdı. Əgər Yaşıllaşdırma Təsərrüfatı Birliyində normal bir aqronom varsa, əraziləri suvaran şəxslərə təlimatlar verməlidir, onlarla maarifləndirici iş aparılmalıdır. Onlara başa salınmalıdır ki, qazonun 3-4 santımetr kökü var. Qazona yüksək təzyiqli su verildikdə yaşıllığın (qazonun) kök strukturu zədələnir, torpaq qatı yuyulur və yaxud torpağın altı-üstünə çıxır. Bu davamlı olanda yaşıllığa nə qədər su versən belə öz-özünə məhv olur.

Bunun su israfın a da səbəb olduğunu vurğulayan alim əlavə edib:

“Digər səbəbdən də, lazımsız su itkisi yaranır. İsti yay günlərində belə, yaşıllığa təzyiqli su verilməsi məqsədəuyğun deyil. Yaşıllıq gündəlik ətrafa ziyan verilmədən yüngül çiləmə şəklində suvarılmalıdır. Bunu BŞİH-nə tabeli Yaşıllaşdırma Təsərrüfatı Birliyində aqronom varsa, bilməlidir. Təəssüf ki, yoxdur”.

Dəniz Pənahova,
KONKRET.az

Seçilən
10
1
konkret.az

2Mənbələr