AZ

2900-dən çox məktəb sürətli internetlə təmin olunub

"Hazırda 2900-dən çox təhsil müəssisəsi genişzolaqlı internet təminatı ilə əhatə olunub".

AzEdu.az xəbər verir ki,  bu sözləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulma dinamikası üzrə brifinqdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.

O qeyd edib ki, bu, həmin məktəblərdə internet sürətinin tədris prosesinin təşkili, onlayn resurslardan istifadə və rəqəmsal platformaların tətbiqi üçün kifayət qədər uyğun olduğunu göstərir:

178226

"Birinci qrafikdə illər üzrə genişzolaqlı və təhsil məqsədləri üçün ayrılmış sürətli internet bağlantısı ilə qoşulmuş müəssisələrin sayı göstərilir. Bu texnologiyalar yüksək sürət və sabit bağlantı təmin etdiyindən tədrisin rəqəmsal mühitdə səmərəli aparılmasına imkan yaradır.

Orta qrafikdə isə ADSL tipli qoşulmalar əks olunub. Son illərdə bu texnologiyadan istifadə minimuma endirilib. Bunun əsas səbəbi ADSL-in nisbətən aşağı sürətli internet bağlantısı təqdim etməsi və müasir təhsil tələblərinə tam cavab verməməsidir.

Son qrafikdə isə internetə ümumiyyətlə qoşulmayan təhsil müəssisələri göstərilib.

Qrafiklərin əsas mesajı odur ki, Azərbaycanda təhsil müəssisələrinin çoxunda müasir, yüksək sürətli internet bağlantısı mövcuddur və bu da təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində infrastrukturun gücləndiyini göstərir".

Seçilən
10
1
azedu.az

2Mənbələr