Bu gün İranın Dorçe şəhərində orduya məxsus helikopter qəzaya uğrayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, helikopter Dorçe şəhərindəki Meyvə-tərəvəz bazarı ərazisində qəzaya uğrayıb.
Hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb olunub.
Qəzanın səbəbləri açıqlanmayıb.



