AZ

Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının tətbiqi nəticəsində 1537 nəfərin cəzası 6 ay azaldılıb.

APA xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasınında “Açıq qapı günü” tədbirində Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.

Bildirilib ki, həmin şəxslərdən 1361 nəfəri az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olanlar, 166 nəfər ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad olunan şəxslərdir.

Amnsitiya aktına əsasən, 1087 nəfər cinayət məsuliyyətindən azad edilib.

Bundan başqa, ibtidai istintaq və təhqiqat orqanları tərəfindən 795, məhkəmələr tərəfindən 292 şəxsə Amnistiya aktı şamil edilib.

Seçilən
10
5
apa.az

8Mənbələr