Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk ilə Tallin arasında iqtisadi və humanitar əlaqələrin bərpası yolunda mövcud çətinliklərin aradan qaldırılacağına əminliyini ifadə edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə Estoniya xalqını Müstəqillik Günü münasibətilə təbrik edərkən bildirib.
Təbrik mətni Belarus liderinin rəsmi saytında dərc olunub.
Lukaşenko vurğulayıb ki, Belarus hər zaman ölkələr arasında konstruktiv əməkdaşlığın tərəfdarı olub.
Qeyd edək ki, Estoniyada uzunmüddətli yaşayış icazəsi olmayan Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak alqı-satqısının qadağan edilməsi təklif olunub. Ölkənin daxili işlər naziri İqor Taro bildirib ki, Estoniya artıq ölkəyə giriş və qalma qaydalarını məhdudlaşdırıb, lakin görülən tədbirlər kifayət etmir.