Bakının Xətai rayonunun Fəzail Bayramov küçəsinin bir hissəsi təmir edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ərazidə gündüz saatlarında müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər gecə saatlarında icra olunub.
Təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinə qədər olan 270 metrlik hissəsini əhatə edib. Ümumilikdə təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyü frezlənib və yeni asfalt-beton örtüyü döşənib. Nəticədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.