AZ

Amnistiya aktı indiyədək 18355 şəxsə şamil edilib

Bunu Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasınında “Açıq qapı günü” tədbirində Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.

Məlumata görə, həmin şəxslərdən 5638 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib. Amnistiya tətbiq olunan şəxslərdən 572 nəfəri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, qadınlar, əlillər, 18 yaşına çatmayanlar şəxslərdir.

Bundan başqa fevralın 19-dək 878 nəfər şərti cəzadan azad edilib. Belə ki, onlardan 826 nəfəri azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlar, 52 nəfəri isə digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlardır.

AzVision.az
Seçilən
8
1
azvision.az

10Mənbələr