AZ

Aqil Abbas: "Pul qazanmaq üçün hər yola əl atırlar, özəl kanallardır, qarşısını almaq çətin məsələdir"

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas son günlər ölkənin özəl televiziya kanallarında yayımlanan verilişlər, aparıcıların reytinq xatirinə yaratdıqları qalmaqallar, sosial şəbəkələrdə söyüşə, təhqirə qadağa qoyulmasına baxmayaraq sənətçilərin qeyri-etik ifadələr işlətmələri ilə bağlı artan narazılıqlara münasibət bildirib.

 

A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, özəl televiziya kanalları reytinq xatirinə, pul qazanmaq üçün hər yola əl atırlar.

 

Onun sözlərinə görə, onların qarşısını almaq çətin məsələdir: “İnanmıram ki, qarşısı alınacaq. Vaxtilə "Azərbaycan" qəzeti səhifə-səhifə bayağı verilişlər haqqında yazılar yazdı, heç bir xeyiri olmadı. Yenə siz yazacaqsınız, biz də deyəcəyik, nəticə yoxdur. Ötən gün "İctimai TV"də bir saat bu haqda veriliş yayımlandı. Amma dəyirman öz bildiyini edir, çak-çak...”

 

A.Abbas etirazlar fonundan Audioziual Şuranın səlahiyyətlərinin artırılması ilə bağlı təkliflərə də münasibət bildirib: “Bu Şuranın səlahiyyətləri var. Sadəcə, səlahiyyətlərindən düzgün istifadə etməlidir”.

 

Xatırlatma: 15 yanvar 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi Haqqında” qanuna edilən dəyişikləri təsdiqləyib. Bu dəyişikliklərə əsasən, internet resurslarında – saytlarda və sosial şəbəkələrdə cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən və ictimai mənəviyyatı təhqir edən kontentin yayılması qadağan edilir. Məqsəd bu cür məzmunun yayılmasının qarşısını almaq, milli-mənəvi dəyərləri və etik standartları qorumaqdır.

 

Aytəkin Qardaşova

Tarix: 24 Fevral 2026, 10:39   
Seçilən
15
pravda.az

1Mənbələr