Layihədə Gürcüstanda "demokratik geriləmə, repressiyalar və dezinformasiya fonunda" Avropa yönümlü mübarizə aparan gürcü xalqı ilə həmrəylik ifadə olunur və namizəd statusu üçün müəyyən edilmiş doqquz prioritet üzrə geriləmə olduğu vurğulanır.
Sənəddə 2024-cü ilin oktyabr parlament seçkilərindən sonra hakim partiyanın avtoritar meyilləri gücləndirdiyi qeyd edilir, habelə demokratik geriləməyə görə tətbiq olunan hədəfli sanksiyaların, o cümlədən Bidzina İvanişvili və digər rəsmilərə qarşı məhdudiyyətlərin vacibliyi vurğulanır.
Hesabat layihəsində hazırkı kurs dəyişməyincə rəsmi Tbilisi ilə əməkdaşlığın mümkünsüz olduğu bildirilir, 2025-ci il 4 oktyabr bələdiyyə seçkiləri ərəfəsində Seçki Məcəlləsinə edilən məhdudlaşdırıcı dəyişikliklər tənqid olunur və bütün siyasi məhbusların dərhal azadlığa buraxılması çağırışı yer alır.