AZ

İranla bağlı bütün variantlar masadadır - ABŞ müdafiə naziri

ABŞ müdafiə naziri Pit Heqset İranla davam edən prosesdə bütün variantların masada olduğunu və Tehran administrasiyasının razılığa gəlməsinin vacibliyini bildirib.

Sitat.info xəbər verir ki, o, İranın razılığa gəlməli olduğunu və Prezident Donald Trampın da razılaşmaya üstünlük verdiyini bildirib. Əlavə edib ki, razılaşma əldə edilməzsə, Trampın başqa  seçimləri mövcuddur.

Hərbi hücum ehtimalı ilə bağlı suala Heqset belə cavab verib: "Hər şey masadadır. Bu, Prezidentin qərarıdır. Biz burada razılaşmanın əldə olunmasını təmin etmək üçünyik. Düşünürəm ki, İranın yaxşı bir razılaşma əldə etməsi ağıllı olardı".

Qeyd edək ki, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın İrana hücumlarından sonra dayandırılan İran və ABŞ arasında nüvə danışıqları 6 fevralda Omanda yenidən başlayıb.

Danışıqların ikinci mərhələsi 18 fevralda İsveçrənin Cenevrə şəhərində keçirilib.

ABŞ və İran nümayəndə heyətlərinin 26 fevralda Cenevrədə yenidən görüşməsi gözlənilir.

Nigar,

Sitat.info 

Seçilən
10
1
sitat.info

2Mənbələr