AZ

Prokurorluğun yeni inzibati binasında “Açıq qapı günü” keçirildi

Binəqədi rayon prokurorluğunun yeni inzibati binasında “Açıq qapı günü” keçirilib. 

"Unikal"ın verdiyi məlumata görə, tədbirdə “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda isə prokurorluq orqanlarının fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub. 

Tədbiri giriş sözü ilə Binəqədi rayon prokuroru Fuad Məmmədov açaraq qeyd edib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. 

Onun sözlərinə görə, Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. 

Tədbirdə həmçinin amnistiya aktının icrası ilə bağlı "statistik göstəricilər" , kateqoriyalar üzrə məlumatlar, praktiki nəticələr və mövcud dinamika ilk dəfə olaraq ictimaiyyətə açıqlanacaq.

Orxan Rasifoğlu

Seçilən
1
2
unikal.az

3Mənbələr