AZ

Sülh Şurasının rəsmi saytı istifadəyə verildi

BAKI, 24 fevral. TELEQRAF

Sülh Şurasının rəsmi saytı (boardofpeace.org - red.) istifadəyə verilib.

Teleqraf-ın məlumatına görə, təşkilat bu barədə xəbər verib.

Qeyd edilir ki, Sülh Şurası Azərbaycan da daxil olmaqla 26 dövlət tərəfindən təsis edilib. Platformanın məqsədi təşkilatın fəaliyyəti, təşəbbüsləri, həmçinin beynəlxalq əməkdaşlıq, dialoq və sülh quruculuğu sahələrindəki layihələri haqqında məlumat verməkdir.

Saytda Şuranın məqsədləri, üzvləri, mövcud proqramları və planlaşdırılan tədbirləri haqqında məlumat yerləşdirilib.

Seçilən
10
3
teleqraf.com

4Mənbələr