AZ

Panama kanalının əsas limanları dövlət nəzarətinə keçirilib

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Panama hökuməti Panama kanalının girişlərində yerləşən Balboa və Kristobal limanlarını dövlət nəzarətinə keçirib. Buna Ali Məhkəmənin Honkonqun "CK Hutchison" şirkətinə verilmiş idarəetmə lisenziyasını konstitusiyaya zidd hesab etməsi səbəb olub.

Oxu.Az AP agentliyinə istinadən xəbər verir ki, limanların daşınar əmlakı da hökumətə keçir.

Terminallar müvəqqəti olaraq Danimarkanın "A.P. Moller-Maersk" şirkətinin bölməsi - "APM Terminals" tərəfindən idarə olunacaq.

Qeyd olunur ki, məsələ ABŞ və Çin arasında rəqabətin bir hissəsinə çevrilib. 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp kanalın Çin şirkətləri tərəfindən idarə olunmasını tənqid etmişdi. Mart ayında "CK Hutchison "liman infrastrukturundakı əsas payını 22.8 milyard dollara satıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
oxu.az

2Mənbələr