AZ

Çin Yaponiyanın 20 şirkətinə hərbiləşmə səbəbi ilə ixrac nəzarəti tətbiq edib

Çin

Çin hakimiyyəti Yaponiyanın hərbiləşməsinə və Tokionun nüvə ambisiyalarının güclənməsinə kömək etdiklərinə görə 20 yapon təşkilatını ixrac nəzarəti siyahısına daxil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

“İxrac nəzarətinə məruz qalan şirkətlər siyahısına Yaponiyanın hərbi potensialının gücləndirilməsində iştirak edən 20 təşkilat daxil edilib”, — deyə nazirliyin saytında dərc olunan açıqlamada bildirilir.

Bundan əlavə, son istifadəçiləri və ikiqat təyinatlı malların hansı məqsədlə istifadə olunacağını yoxlamaq mümkün olmadığı üçün siyahıya daxil edilən 20 yapon təşkilatı müşahidə siyahısına da salınıb. Bu o deməkdir ki, ixrac lisenziyası üçün müraciət edərkən, onların hallarında Çin Ticarət Nazirliyi risk hesabatları və məhsulların Yaponiyanın hərbiləşməsi məqsədilə istifadə edilməyəcəyini təsdiqləyən yazılı öhdəliklər tələb edəcək.

Məryəm Quliyeva

Seçilən
12
1
xalqcebhesi.az

2Mənbələr