AZ

Messinin internetdə yayılan görüntüləri gündəm oldu

ABŞ-də Lionel Messi ilə bağlı böhran yaşanır. Metbuat.az xəbər verir ki, “İnter Mayami” yeni mövsümün ilk oyununda “Los Angeles”ə 0-3 hesabı ilə məğlub oldu. Matçdan sonra “İnter Mayami”nin futbolçusu Lionel Messi hakimlərə qəzəblənib. Lionel Messinin hakimlərin soyunma otağına icazəsiz girməsi ilə bağlı iddialar və görüntülər müzakirələrə səbəb olub. Araşdırmadan sonra MLS, Messinin liqa qaydalarını pozmadığını və argentinalı ulduzun MLS İntizam Komitəsinə göndərilmədiyini açıqlayıb.

Sosial mediada yayılan videoda Messinin hakimlərdən dərhal sonra əraziyə girdiyi müşahidə edilir. MLS-in açıqlamasında həmin ərazinin ortaq məkan olduğu və oyunçunun hakimlərin soyunma otağına girmədiyi qeyd edilib.

Seçilən
11
metbuat.az

1Mənbələr