AZ

Bu klinikalar cərimələnə bilər

“Azərbaycanda lisenziyası olmayan həkimləri işlətmək qadağandır. Bununla bağlı həm həkim, həm də özəl klinika rəhbərliyi inzibati, gələcəkdə də həmçinin cinayət məsuliyyətinə cəlb oluna bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında vəkil Aysel Süleymanova deyib.

O bildirib ki, tibbi xidmət göstərmək üçün lisenziya və sertifikat tələb olunur: “Bu hallar qanunvericiliklə müəyyənləşdirilir, pozulduqda həm həkim, həm də müəssisə inzibati məsuliyyətə cəlb edilərək cərimə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə görə, lisenziya olmadan özəl tibbi fəaliyyət göstərmək fiziki şəxslər üçün 2000-3000, vəzifəli şəxslər 5000-10.000, hüquqi şəxslər 30 000 manatadək cərimələnə bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 24 Fevral 2026, 08:17   
Seçilən
17
2
pravda.az

3Mənbələr