AZ

Dünya Bankı Ukraynanın bərpası üçün tələb olunan məbləği açıqlayıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın bərpasına 10 il ərzində təxminən 588 milyard dollar vəsait tələb oluna bilər.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Dünya Bankının (DB) mətbuat xidməti yayıb.

DB-nin BMT, Avropa Komissiyası və Ukrayna hökuməti ilə birgə hazırlanmış hesabatına əsasən, 31 dekabr 2025-ci il tarixinə olan qiymətləndirməyə görə, Ukraynanın tam bərpasının dəyəri 10 il ərzində təxminən 588 milyard dollar təşkil edəcək. Bu məbləğ 2025-ci il üzrə Ukraynanın nominal ÜDM-indən təxminən üç dəfə çoxdur.

Sənəddə göstərilir ki, nəqliyyat sektorunda bərpa xərcləri 96 milyard dollar, energetika sahəsində təxminən 91 milyard dollar, mənzil sektorunda 90 milyard dollara yaxın, ticarət və sənaye sahələrində 63 milyard dollardan çox, kənd təsərrüfatında isə 55 milyard dollardan artıq ola bilər. Həmçinin minalardan təmizləmə işləri üçün 28 milyard dollara qədər vəsait tələb oluna biləcəyi vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
oxu.az

2Mənbələr