AZ

Azərbaycanda avtomobil bazarında kəskin dəyişiklik: Hamı bu modellərə qaçır

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən il Azərbaycanın avtomobil bazarında hibrid mühərrikli nəqliyyat vasitələrinin idxalında rekord göstəricilər qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalar göstərir ki, ölkəyə gətirilən hibrid avtomobillərin sayı əvvəlki illə müqayisədə 2,8 dəfə artaraq 73 678 ədədə çatıb. Bu alışlar üçün xərclənən vəsaitin həmi isə 2 dəfə artım nümayiş etdirərək 1 milyard 428,23 milyon dollar təşkil edib.Demokrat.az xəbər verir ki, bazardakı bu kəskin artımda Çin istehsalı olan avtomobillər əsas rol oynayır. Belə ki, idxal edilən hibridlərin böyük əksəriyyəti məhz bu ölkənin payına düşür. Hesabat dövründə Çindən 1 milyard 132,54 milyon dollar dəyərində 62 488 ədəd avtomobil gətirilib. Bu rəqəmlər kəmiyyət baxımından 4,8 dəfə, dəyər baxımından isə 3,6 dəfə artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ölkəyə gətirilən hibridlərin cəmi yarısı Çin istehsalı idi.Digər ölkələrlə ticarət əlaqələrində isə fərqli tendensiyalar müşahidə olunur. Cənubi Koreyadan gətirilən hibridlərin sayı 69 faiz artaraq 2 min 903 ədədə yüksəlib. ABŞ-dan idxal edilən avtomobillərin sayında 3,6 faiz kiçik artım olsa da, bu ölkəyə ödənilən ümumi vəsait 25 faiz azalıb. Almaniya və Yaponiya istiqamətində isə həm say, həm də məbləğ göstəricilərində geriləmə yaranıb. Xüsusilə Almaniyadan gətirilən hibrid avtomobillərin sayı yarıbayarı azalıb. Hazırda daxili bazarda hibrid texnologiyalı modellərin üstünlük təşkil etməsi bu sahədəki idxal strukturunu tamamilə dəyişir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr