AZ

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri üçün hərbu vertolyot pilotları hazırlamağa başlayıb

Böyük Britaniya Ukrayna təlimatçılarını hərbi vertolyotları idarə etmək üçün hazırlamağa başlayıb. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Bəyanatda deyilir: "Ukrayna pilotları hazırda Böyük Britaniya hava bazasında vertolyot təlimatçısı olmaq üçün təlim keçirlər. Bu, Böyük Britaniyanın Ukraynaya vertolyot təlimatçısı təlimi təklif etdiyi ilk haldır. Kursun məzunları Ukrayna hərbi pilotlarının yeni nəslini yetişdirəcəklər".

Onlar həmçinin qeyd edirlər ki, London Ukraynaya enerji dəstəyi və onun elektrik şəbəkəsinin bərpası üçün əlavə 20 milyon funt sterlinq (27 milyon dollar) ayıracaq. Bundan əlavə, Britaniya hökuməti Ukraynanın hərbi əməliyyatların aparıldığı bölgələrinin sakinlərinə humanitar yardım göstərmək üçün 5,7 milyon funt sterlinq (7,7 milyon dollar) ayırdığını açıqlayıb.

Əziz MUSTAFA

Seçilən
24
1
oxumeni.az

2Mənbələr