AZ

ABŞ, Kanada və Danimarka Arktikada birgə hərbi təlimlərə başladılar

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Şimali Amerika Birləşmiş AerokosmikMüdafiə Komandanlığı və Şimal Komandanlığı Arktika bölgəsindəKanada və Danimarka ilə birlikdə təlimlərin başlandığınıaçıqlayıb.

Trend xəbər verir ki, bununlabağlı açıqlama ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəsmisaytında dərc olunub.

Bildirilib ki, “Arktika Sərhədi 2026” adlı səhra təlimi fevralın23-dən martın 13-dək Alyaskadan Qrenlandiyaya qədər müxtəlifərazilərdə keçirilir.

Təlimlərdə Danimarka və Kanada ilə yanaşı, Alyaska MilliQvardiyası, eləcə də ABŞ-nin müxtəlif qurumları, o cümlədən FederalTəhqiqat Bürosu və Sahil Mühafizəsi iştirak edir.

Qeyd olunub ki, manevrlərin məqsədi döyüş hazırlığını artırmaq,mövcud imkanları nümayiş etdirmək və ABŞ ilə Arktika regionundakıtərəfdaşları arasında əməkdaşlığı daha da gücləndirməkdir.

Tapşırıqlar sırasında qanadlı raketlərə qarşı müdafiətədbirlərinin həyata keçirilməsi, pilotsuz uçuş aparatlarına qarşımübarizə, həmçinin Arktika şəraitində sağ qalma və hərəkətbacarıqlarının tətbiqi yer alır.

Seçilən
18
az.trend.az

1Mənbələr