AZ

Ölkənin ən varlı insanları məlum oldu: Siyahıda sürpriz dəyişiklik

"Forbes" Türkiyənin ən zənginləri siyahısını yeniləyib. Builki siyahıda zirvədəki fərq və müdafiə sənayesindən yeni bir ismin siyahıya daxil olması diqqət çəkir.

Publika.az xəbər verir ki, "Chobani" brendinin qurucusu Hamdi Ulukaya 13.5 milyard dollarlıq şəxsi sərvəti ilə siyahının mütləq lideridir. O, ən yaxın rəqibi Murat Ülkeri iki dəfədən çox üstələyir.

Müdafiə sənayesindəki (PUA və dron istehsalı) uğurları ilə tanınan "Baykar" İdarə Heyətinin sədri Selçuk Bayraktar, 2.7 milyard dollarlıq sərvəti ilə ilk dəfə Türkiyənin ən zəngin 10-cu şəxsi kimi siyahıya daxil olub.

Şaban Cemil Kazancı və Feridun Geçgel kimi isimlərin siyahının yuxarı pillələrində yer alması Türkiyədə enerji sektorunun gəlirliliyini göstərir.

Türkiyənin ən zəngin insanlarının siyahısı:

Seçilən
7
2
publika.az

3Mənbələr