AZ

Qəfil ölümlərə son: Alimlər ağıllı futbolka yaratdı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Ürək xəstəliklərini gizli qaldığı anlarda belə aşkar edən yeni texnologiya hazırlanıb. London İmperial Kollecinin alimləri süni intellektlə təchiz edilmiş "ağıllı futbolka" yaradıblar. Bu geyim gündəlik həyatda ürək ritminin pozulmalarını izləmək üçün nəzərdə tutulub.Demokrat.az xəbər verir ki, Britaniya Ürək Fondunun (BHF) məlumatına görə yeni qurğu ilk növbədə qəfil ürək ölümünə səbəb ola biləcək nadir irsi xəstəliklərin diaqnostikası üçün əhəmiyyətlidir. Statistikaya əsasən təkcə Böyük Britaniyada hər həftə 35 yaşdan aşağı 12 gənc bu cür gizli fəsadlar səbəbindən həyatını itirir.Hazırda aritmiya şübhəsi olan pasiyentlər bədənə yapışdırılan elektrodlar və naqillərdən ibarət daşınan monitorlar taxmaq məcburiyyətindədirlər. Bu üsul həm narahatlıq yaradır, həm də müayinə müddəti 48 saatla məhdudlaşır. Yeni futbolkanın parçasına isə ürəyin elektrik fəaliyyətini fasiləsiz qeydə alan 50 sensor quraşdırılıb. Bu isə insana heç bir narahatlıq yaratmadan bir həftə və ya daha uzun müddət nəzarət etməyə imkan verir.Alimlər sistemi təkmilləşdirmək üçün süni intellekt alqoritmlərini minlərlə insanın məlumatı əsasında təlimatlandırırlar. Növbəti mərhələdə 200 könüllü bu futbolkanı üç ay ərzində geyinərək test edəcək. Texnologiyanın yaxın beş il ərzində tibbi praktikada geniş tətbiqi planlaşdırılır. Mütəxəssislər hesab edirlər ki, uzunmüddətli və rahat monitorinq təhlükəli vəziyyətlərin erkən aşkarlanması şansını xeyli artıracaq.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
demokrat.az

1Mənbələr