AZ

Alkoqolun bədəndən tam təmizlənmə müddəti məlum oldu

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Spirtli içkilərin orqanizmdən tam təmizlənməsi üçün tələb olunan real vaxt açıqlanıb. "Alkomed" klinikasının narkologiya şöbəsinin müdiri Andrey Tyurin bildirib ki, bədənin alkoqoldan tamamilə çıxması üçün üç gün lazımdır.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə etanolun əsas hissəsinin parçalanması içkinin miqdarından asılı olaraq 2 saatdan 12 saata qədər çəkir. Bu müddətdən sonra alkotester cihazı "sıfır" göstərə bilər, lakin bu, orqanizmin tam təmizləndiyi mənasına gəlmir. Alkoqolun parçalanma məhsulları və maddələr mübadiləsində yaranan pozuntular hələ bir müddət aktiv qalır.Narkoloq xəbərdarlıq edir ki, insanın yoxlama zamanı "təmiz" çıxmasına baxmayaraq, bədəndə su-duz balansı, neyron əlaqələri və qaraciyər hüceyrələrinin bərpası prosesi davam edir. Bunun üçün orta hesabla 72 saat tələb olunur. Həmin müddətdə hormonal fon və sinir sistemi olduqca həssas və zəif olur.Mütəxəssis əlavə edib ki, beyindəki neyrokimyəvi tarazlığın, yuxu rejiminin və reseptorların fəaliyyətinin tam bərpası isə 21 günə qədər çəkə bilər. Ağır fəsadlardan qaçmaq üçün mütəxəssislər içki məclisindən bir neçə saat əvvəl faydalı yağlar və mürəkkəb karbohidratlarla zəngin qidalar qəbul etməyi məsləhət görürlər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
demokrat.az

1Mənbələr