AZ

Tramp İranın nüvə proqramı üzrə razılaşmaya üstünlük verdiyini açıqlayıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə üstünlük verdiyini bəyan edib və eyni zamanda İslam Respublikasına qarşı mümkün güc tətbiqi ehtimalını bir daha gündəmə gətirib.

APA xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.

“Qərarı mən verirəm. Mən razılaşma əldə etməyi, onu əldə etməməkdən üstün tutaram. Əgər razılaşma baş tutmasa, həmin gün bu ölkə və təəssüf ki, onun xalqı üçün çox pis olacaq. Çünki onlar böyük və gözəl xalqdır və onların başına bu qədər pis bir şey gəlməməlidir”, – deyə ABŞ lideri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
apa.az

5Mənbələr