AZ

Artıqçəkili insanlar üçün gecə aclığının əhəmiyyəti: Yeni araşdırma

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin Şimal-Qərb Universitetinin (Northwestern University) alimləri müəyyən ediblər ki, gecə yatmazdan əvvəl qida qəbulunu dayandırmaq və aclıq müddətini uzatmaq artıqçəkili insanlarda ürək-damar və metabolik sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Arteriosclerosis, Thrombosis, and Vascular Biology" jurnalında dərc olunub.

Təsadüfi keçirilmiş klinik sınaqda 36-75 yaş arası 39 nəfər artıqçəkili və ya piylənmədən əziyyət çəkən şəxs iştirak edib. İştirakçılar iki qrupa bölünüblər: bir qrup səkkiz həftə ərzində hər gecə ən azı üç saat ac qalıb, digəri isə normal pəhriz saxlayıb və nəzarət qrupu kimi xidmət edib.

Nəzarət qrupu ilə müqayisədə, yatmazdan əvvəl daha uzun müddət ac qalan iştirakçılarda gecə diastolik qan təzyiqində daha çox azalma müşahidə olunub.

İkinci dərəcəli nəticələr də yaxşılaşıb: səhər qlükoza səviyyəsi normallaşıb. Bununla belə, ürək döyüntüsü, kortizol səviyyəsi və insulinə həssaslıqda əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.

Müəlliflər qeyd edirlər ki, bioloji ritmlərlə sinxronlaşdırılan bu dövrün uzadılması ürək, maddələr mübadiləsi və yuxu arasında daha yaxşı koordinasiya yaradır.

Tədqiqatçılar bildirirlər ki, bu yanaşma xüsusilə kardiometabolik xəstəlik riski yüksək olan insanlar üçün faydalı ola bilər, lakin uzunmüddətli təsirlərini təsdiqləmək üçün daha geniş tədqiqatlara ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
oxu.az

2Mənbələr