AZ

Ev sahibi ilə mübahisə etdi, evi yandırdı

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyada ev sahibi ilə mübahisə edən 45 yaşlı kişi sərxoş halda evi yandırıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə fevralın 22-də Saratov vilayətində baş verib.

Znamenski qəsəbəsində yaşanan hadisə zamanı 176 kv.m-lik 3 otaqlı taxta ev tamamilə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram etdikdən sonra orada 3 nəfərin - 62 yaşlı kişinin və 42 yaşlı 2 qadının yanmış cəsədini aşkar ediblər. 

Faktla bağlı cinayət işi qaldırılıb və qısa zamanda məlum olub ki, ev qəsdən yandırılıb. Bunu edən isə kirayişin olub.

Qeyd edək ki, hadisə yerindən qaçan cinayətkar dünən polis tərəfindən saxlanılıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
525.az

1Mənbələr