Azərbaycan futbol tarixinin parlaq simalarından olmuş, uzun illər “Neftçi”nin şərəfini qorumuş, SSRİ millisinin heyətində çıxış etmiş və öz dövrünün ən güclü, ən istedadlı hücumçularından biri kimi yaddaşlara həkk olunmuş Anatoli Banişevskinin doğum günüdür.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, anadan olmasının 80-ci ildönümündə AFFA rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri və futbol veteranları mərhum futbolçunun məzarını ziyarət edib, gül dəstələri qoyub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.