AZ

Zelenski: Nikolayevdə 7 polisin yaralandığı partlayışın terror aktı olması versiyası yoxlanılır

Nikolayevdə 7 polisin yaralanması ilə nəticələnən bugünkü (dünənki - red.) partlayışın terror aktı versiyası yoxlanılır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

"İndicə hüquq-mühafizə orqanları əməkdaşlarının Nikolayevdəki partlayışla bağlı ilk açıqlaması oldu. Milli Polisin əməkdaşları zərər çəkib - 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Onlara lazımi yardım göstərilir. Bütün hallar araşdırılır. O cümlədən, terror aktı versiyası yoxlanılır", - Zelenski qeyd edib.

Daha əvvəl Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqovski bildirib ki, bu gün axşam Nikolayevdə işləməyən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində patrul polisinin yeddi əməkdaşı yaralanıb.

Seçilən
8
far.az

1Mənbələr