AZ

Qiyməti od tutub yanan uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? VİDEO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Uşaq qidalarının qiyməti valideynləri ciddi narahat edir. Xüsusilə süni qidalanan uşaqlar üçün aylıq xərclər bəzi ailələrdə yüzlərlə manata çatır.

Oxu.Az xəbər verir ki, bu barədə İTV-nin hazırladığı süjetdə bildirilib.

Qiyməti "od tutub yanan" uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - VİDEO

Paytaxt sakinləri qiymət artımının büdcələrinə ciddi təsir etdiyini qeyd ediblər:

"Bir il səkkiz aydır mən alıram. İki nəvəm var, balacadırlar, istifadə edirəm. İki-üç aydan bir artımlar var. Son dövrdə eşitdiyimə görə, 80-90 manatlıq qidalar təxminən 112-115 manat civarındadır".

"10-13 manata alırıq. Baxır qutunun çəkisinə. Bahadır amma. Heç 10-15 gün getmir məhsul", - başqa bir sakin qeyd edib.

Qiymətlər hər keçən gün artır. Seçim isə yalnız xaricdən gələn məhsullarla məhdudlaşır. Əsas brendlər Avropa ölkələrindən, Türkiyədən və Rusiyadan gətirilir. Yerli istehsal isə yoxdur.

Əczaçı Qalib Məmmədov məsələni belə şərh edib:

"Uşaq yeməklərinin qiyməti həmin firmalar tərəfindən tənzimlənir. Yəni bu tənzimlənmə Tarif Şurasına aid deyil. Buna görə də onların qiymətləri müxtəlif civarlarda dəyişir. Əsasən 9-10 manatdan 200-300 manata qədər uşaq yeməklərinin qiyməti dəyişir. Tərkibi və orqanikliyinə görə qiyməti dəyişir. 15 manatdan 45 manata qədər olan uşaq qidaları daha çox satılır. Ancaq ondan yuxarı qidalar artıq premium keyfiyyətli sayıldığına görə müəyyən ailələr tərəfindən alına bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
oxu.az

3Mənbələr