AZ

Braziliyada Vinisius qanunu qəbul edilə blər

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Braziliya futbolçuları irqçilik təzahürlərindən qorumaq məqsədi daşıyan qanunu milli səviyyədə tətbiq etmək niyyətindədir.

Oxu.Az bu barədə "TyC Sports" agentliyinə istinadən xəbər verir.

"Vinisius qanunu" adını alan layihənin əsas ideyası irqçiliklə bağlı şikayət yarandıqda, hakimlərin oyunu dərhal dayandırmasıdır. Əgər fakt sübuta yetirilərsə, qaydanı pozan komandaya texniki məğlubiyyət verilir.

Bundan əlavə, sənəd futbol sahəsində çalışanlar üçün məcburi təlim kurslarını, maarifləndirici kampaniyaları və qayda pozanların müəyyən edilməsi üçün xüsusi protokolları nəzərdə tutur.

Bu tədbir Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid" və "Benfika" arasında baş vermiş insidentlə bağlıdır. Həmin vaxt "kral klubu"nun vingeri Vinisius Junior Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestiannini onu meymun adlandırmaqda ittiham etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
oxu.az

1Mənbələr