AZ

Türk Dövlətləri Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi arasında Fəaliyyət Planı imzalanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

İstanbul, 23 fevral, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi arasında bağlanan əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası istiqamətində 2026–2027-ci illər üçün Fəaliyyət Planı imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev ilə ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge arasında keçirilən görüşdə baş verib.

Məlumatda qeyd edilib ki, görüşdə iki qurum arasında əməkdaşlıq imkanları, xüsusilə fövqəladə hallara hazırlıq, rəqəmsallaşma, potensialın gücləndirilməsi proqramları və ekoloji baxımdan dayanıqlı səhiyyə müəssisələri sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd olunan Fəaliyyət Planı çərçivəsində iki qurum səhiyyə təhlükəsizliyinin gücləndirilməsi, qeyri-infeksion xəstəliklərlə mübarizə, sağlam qocalmanın təşviqi və iqlim–səhiyyə təşəbbüslərinin irəlilədilməsi istiqamətlərində əməkdaşlığı daha da dərinləşdirməyi nəzərdə tutur.

Bildirilib ki, planın imzalanması iki qurum arasında formalaşdırılan strateji çərçivənin davamlılığını təmin edən birgə fəaliyyətlər üçün aydın və konkret əsas yaradır. Bu mühüm addım tərəfdaşlığın ilkin planlaşdırma mərhələsindən konkret regional təsir mərhələsinə keçdiyini nümayiş etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr