AZ

Avropa İttifaqı mübahisəli planın elanını təxirə saldı

Avropa İttifaqı Avropa şirkətlərinə dövlət satınalmalarında üstünlük verəcək mübahisəli "Made in Europe" planının elanını təxirə salıb.Metbuat.az xəbər verir ki, bu barədə “Euronews” saytı məlumat paylaşıb. Xəbərdə deyilir ki, Avropa Birliyi Komissiyası hələ də birliyin sənaye strategiyasının əsasını təşkil edən qanunun təklifi üzərində işini başa çatdırmayıb. Məlumata görə, qanunun məzmunu ilə bağlı fikir ayrılıqları mövcuddur. Bildirilir ki, təklif Avropa Birliyi Komissiyasının vitse-prezidenti Stefan Sejurnun komandası tərəfindən hazırlanır.

Layihə, Avropada istehsal olunan məhsullara dövlət satınalmalarında və enerji tutumlu sektorlarda dövlət tərəfindən maliyyələşdirilən proqramlarda üstünlüklər təmin etməyi hədəfləyir. İddialara görə, layihə Avropa İttifaqının 27 üzv dövlətini və eləcə də Norveç, İslandiya və Lixtenşteyni əhatə edir.

Seçilən
13
metbuat.az

1Mənbələr