AZ

“Real” oyunu öncəsi cəzalandı

UEFA-nın İntizam Komitəsi “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının pley-off mərhələsində “Real”la keçiriləcək cavab oyunundan kənarlaşdırıb.

İdmanxeber.az xəbər verir ki, futbolçu ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğuna görə bir oyunluq cəza alıb. Qərarın davam edən araşdırmaya təsir etməyəcəyi bildirilib.

Xatırladaq ki, Portuqaliyada keçirilən ilk matçda “Real” 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
13
idmanxeber.az

1Mənbələr