AZ

Tusk: Polşa "nüvə çətiri" layihəsində iştirakı müzakirə etməyə hazır deyil

Tusk: Polşa "nüvə çətiri" layihəsində iştirakı müzakirə etməyə hazır deyil

Polşa Parisin Avropa üzərində "nüvə çətiri" yaratmaq layihəsində iştirakını müzakirə etməyə hələlik hazır deyil. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.

Tusk qeyd edib ki, bu, çox maraqlı perspektiv olsa da, hazırda konkret qərarlardan danışmaq çətindir. O, hər hansı təcavüzə qarşı real cavab vasitələrinin zəruriliyini dərk etdiyini, lakin Parisin təklifinin hələlik detallaşdırılmadığını vurğulayıb. Baş nazir Polşa və Fransanın nüvə çəkindirmə sahəsində danışıqlara başladığını, lakin Varşavaya daha konkret təkliflərin lazım olduğunu əlavə edib.

Xatırladaq ki, 2025-ci ilin martında Fransa Prezidenti Emmanuel Makron müttəfiqləri ilə Avropa ölkələrinin Fransanın nüvə çəkindirmə qüvvələrinin müdafiəsi altına alınması imkanlarını müzakirə edəcəyini bəyan etmişdi. Almaniya, Polşa, Litva və Danimarka bu məsələnin müzakirəsinə açıq olduqlarını bildirsələr də, hələ ki, layihənin icra mexanizmi tam aydın deyil.

Seçilən
11
afn.az

1Mənbələr