ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çində alimlər qeyri-adi aroma xüsusiyyətinə malik yeni pomidor sortu yetişdiriblər. "South China Morning Post" nəşrinin məlumatına görə gen redaktəsi nəticəsində əldə olunan bu tərəvəzlər kərə yağında bişmiş təzə popkorn qoxusu yayır. Bu qoxu həm də elit ətirli düyü sortlarının ətrini xatırladır.Demokrat.az xəbər verir ki, yeni sort Şərqi Çində yerləşən Syanhu Laboratoriyasının Biotexnologiya İnstitutunda yaradılıb. Çin və Avstraliyadan olan tədqiqatçılar CRISPR/Cas9 texnologiyasından istifadə edərək aromatik birləşmələri zəiflədən iki xüsusi geni deaktiv ediblər. Nəticədə pomidorda bişmiş popkorn effekti yaradan maddələrin miqdarı kəskin artıb.Mütəxəssislər bildirirlər ki, illərdir yalnız yüksək məhsuldarlığa fokuslanmaq pomidorların təbii dad və ətrinin itməsinə səbəb olub. Çin hər il 70 milyon tondan çox pomidor istehsal etsə də, alıcılar daha zəngin dad tələb edirlər. Alimlər aromatik düyü sortlarının bazardakı uğurundan ilham alaraq bu addımı atıblar. Onların məqsədi pomidorun biokimyəvi proseslərini tənzimləyərək onu daha cəlbedici etməkdir.Qeyd edək ki, genetik müdaxilə ilə yetişdirilən pomidorların satışı dünyada ilk dəfə Yaponiyada təsdiqlənib. Orada qan təzyiqini tənzimləyən amin turşuları ilə zəngin sortlar artıq bazara çıxarılıb. Çinli alimlər də yeni popkorn ətirli pomidorların gələcəkdə tərəvəz bazarında inqilab edəcəyinə inanırlar.Həmçinin oxu:
'Arıqlama iynələri vurmağın hər hansı onkoloji riski yoxdur'
Bahalı markaları unudun: Evdə cəmi bir neçə qəpiyə başa gəlir
İftarda bu səhvi etməyin — Sulu yeməkdən sonra...İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.