AZ

Ukraynada teleqram sosial şəbəkəsinin fəaliyyətinin tənzimlənməsi təklif olunur

Ukraynada teleqram sosial şəbəkəsi terror aktlarının və diversiya hadisələrinin törədilməsinə əsas zəmin kimi göstərilir, onun fəaliyyətinin tənzimlənməsi təklif olunur.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, fevralın 23-də Ukrayna Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazir İqor Klimenko və ölkənin Təhlükəsizlik Xidmətinin rəis müavini İvan Rudnitski bu təkliflə çıxış ediblər.

İ.Klimenko qeyd edib ki, bəzi şəxslərin diversiyalara və terror aktlarına cəlb edilməsində ən çox teleqramdan istifadə olunur: "Faiz göstəricisi ilə desək, düşünürəm ki, (cəlb olunmaların – red) təxminən yarısı teleqram üzərindən olur.

Teleqramın istifadəsinin tənzimlənməsinə cəmiyyət də dəstək olmalıdır. Əgər təhlükəsizliyimizə, sağlam düşüncəyə və müdafiəyə aiddirsə bu baş verməlidir. Söhbət belə cinayətlərin, terror cinayətlərinin sayını azalda biləcəyimiz fəaliyyətdən gedir. Teleqramın məhdudlaşdırılmasına bu aspektdən yanaşılmalıdır".

Seçilən
19
1
far.az

2Mənbələr