AZ

Əli Xamenei öldürülərsə…- Hazırlıq işlərinə başlanıldı

İranın Ali Lideri Əli Xamenei ABŞ-la hərbi münaqişə zamanı, ölə biləcəyi təqdirdə İranın idarəetmə sistemində mümkün dağılmaya hazırlıq işlərini görməyi əmr edib.

Editor.az xəbər verir ki, mənbənin məlumatına görə, hazırlıq işləri Xameneinin etibarlı yaxın adamlarından ibarət kiçik bir dairəyə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndələrinə həvalə edilib. Bütün əsas qərarlar parlamentin keçmiş spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edilib.

“The New York Times” qəzetinin məlumatına görə, onun təsiri yalnız son zamanlar artıb. O, hazırda İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlarda iştirak edir, daxili təhlükəsizlik məsələlərinə nəzarət edir və müttəfiqləri ilə əlaqə saxlayır.
Ali Rəhbər həmçinin ölümündən sonra ölkədə qeyri-sabitlik yaranacağı təqdirdə dörd nəfərə qədər potensial müavin seçilməsini əmr edib. Xamenei üç potensial varisin müəyyən etdiyi bildirilir, lakin onların adları hələ açıqlanmayıb. Lakin mənbə aydınlaşdırıb ki, Laricani onlar arasında deyil.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr