AZ

Ukrayna Tatarıstanı vurdu, sənaye zonasında yanğın başlandı

23 fevral gecəsi Rusiyanın Almetyevsk şəhərində (Tatarıstan Respublikası) neft infrastrukturuna dronlar hücum edib.
“Astra” onlayn nəşrinin məlumatına görə, dronların hədəfi Kaleykino neft nasos stansiyası olub. Hücumdan sonra hakimiyyət orqanları “sənaye zonasında” yanğın baş verdiyini bildirib.

Almetyevsk sakinləri bir gün əvvəl çoxsaylı partlayışlar və yanğın baş verdiyini bildiriblər.

“Supernova+” ictimai səhifəsində qeyd olunur ki, Kaleykino nasos stansiyası Qərbi Sibir, Tatarıstan, Udmurtiya və Başqırdıstandan yanacaq xammalı qəbul edən və qarışdıran “Transneft-Prikamye” ASC üçün ən böyük yükləmə məntəqəsidir. Stansiyada çoxsaylı neft saxlama çənləri yerləşir və digər obyektlərə və xaricə aparan bir sıra boru kəmərlərinə qoşulub.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr