AZ

Putin: Rusiya gələcəyi, həqiqəti və müstəqilliyi uğrunda mübarizə aparır

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rus əsgərlərinin cəsarəti və qətiyyəti ən çətin ərazilərdə və istiqamətlərdə əməliyyatların parlaq şəkildə aparılmasına kömək edib”

“Rusiya öz gələcəyi, həqiqəti və müstəqilliyi uğrunda mübarizə aparır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat qəhrəmanlarının” mükafatlandırılması mərasimində deyib.

“Bu gün Kremldə toplaşanlar sadəcə geniş təcrübəyə və qüsursuz təlimə malik peşəkarlar deyil. Bunlar hərbi əməliyyatın əvvəlindən əsgərləri ilə birlikdə vuruşan, bütün sınaqları yoldaşları ilə bölüşən komandirlərdir. Bunlar güclü mənəvi prinsiplərə və ideallara malik insanlardır - Rusiyanın əsl vətənpərvərləridirlər”, - deyə Prezident qeyd edib.

Rusiya lideri müharibə zonasındakı Rusiya qoşunlarının əlaqələndirilmiş və səmərəli işini yüksək qiymətləndirib və onların ölkə üçün möhkəm dayandıqlarını bildirib. Putin əlavə edib ki, “rus əsgərlərinin cəsarəti və qətiyyəti ən çətin ərazilərdə və istiqamətlərdə əməliyyatların parlaq şəkildə aparılmasına kömək edib”.

Putin hərbçiləri Vətən Müdafiəçisi Günü münasibətilə təbrik edib və onlara xidmətlərinə, andlarına sadiqliklərinə və əcdadlarının bir çox nəsillərinin mirasına görə təşəkkür edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr