AZ

İŞİD-dən suriyalı hərbçilərə HÜCUM: İtkilər var

Suriyanın şimalında İŞİD hücumu nəticəsində 4 hərbçi həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Sana” agentliyi məlumat yayıb.

Suriyanın şimalında, Rakka şəhərinin qərbində yerləşən nəzarət-buraxılış məntəqəsinə İŞİD terrorçuları tərəfindən hücum təşkil edilib.

Hücum nəticəsində daxili təhlükəsizlik orqanlarının 4 əməkdaşı həyatını itirib.

Təhlükəsizlik xidmətindəki mənbəyə istinadən bildirilir ki, hadisə baş verən rayonda təhlükəsizliyin tam təmin olunması məqsədilə əraziyə dərhal əlavə hərbi qüvvələr cəlb edilib.

Hazırda regionda terrorçuların müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr