AZ

Zelenski Zalujnının müsahibəsinə münasibət bildirdi: “Hamımızın eyni emosiyaları var idi”

Ukrayna Prezidenti Volodimir Zelenski sabiq Silahlı Qüvvələrin Baş Komandanı, hazırda Böyük Britaniyada səfir vəzifəsində çalışan Valeri Zalujnının 2023-cü ilin yayındakı əks-hücumun uğursuzluğuna görə məsuliyyəti onun üzərinə qoymasını “çox pis addım” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Zelenski bildirib: “Hamımızın eyni emosiyaları var idi — bəlkə də bu mövzuda danışmaq üçün çox tez idi. Mən sadəcə hesab edirəm ki, bu məsələni müzakirə etmək düzgün deyil, çünki bundan heç kim qazanmır. Söhbət bu gün döyüşən ordumuzdan gedir və belə açıqlamalar düzgün görünmür”.

Prezident əlavə edib ki, Zalujnının son müsahibəsindən sonra onunla əlaqə saxlamayıb.

Zelenskinin sözlərinə görə, bu cür açıqlamalar hazırkı vəziyyətdə Ukrayna ordusunun ruhuna və birliyinə mənfi təsir göstərə bilər. O, cəmiyyətin diqqətinin daxili mübahisələrə deyil, ölkənin müdafiəsinə yönəlməsinin vacibliyini vurğulayıb.

Sara

Seçilən
11
nocomment.az

1Mənbələr