AZ

Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdı

Slovakiya Ukraynaya elektrik enerjisinin tədarükünü dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TA3” telekanalı ölkənin Baş naziri Robert Fitsoya istinadən məlumat yayıb.

Fitsonun sözlərinə görə, bu gündən etibarən Ukrayna tərəfi enerji sisteminin sabitləşdirilməsi üçün Slovakiyadan yardım istəsə belə, belə bir dəstək göstərilməyəcək.

Məlumata görə, Slovakiya Rusiyanın “Drujba” neft kəməri ilə ölkə ərazisindən tranzitinin dayandırılmasına cavab olaraq Ukraynaya elektrik enerjisi tədarükünü dayandırıb.

Qeyd olunur ki, Slovakiya fevral ayının əvvəlindən etibarən neft almır.\\APA

Seçilən
10
12
konkret.az

10Mənbələr