AZ

Ukraynadan Rusiyaya daha bir ağır zərbə - Tatarıstanda neft nasos stansiyası vuruldu...



Ukrayna Təhlükəsizlik Xidməti Tatarıstanda neft nasos stansiyasına hücum edib.

Ukrayna mediası öz mənbələrinə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçan aparatları Rusiya tərkibinə daxil olan Tatarıstan Respublikasının Almetyevsk şəhərinin yaxınlığındakı “Kaleikino” neft nasos stansiyasına hücum edib. Məlumatı “BBC”-nin Ukrayna xidməti də təsdiqləyib.

Stansiya Rusiya və Ukrayna sərhədindən min kilometrdən çox məsafədə yerləşir. O, Qərbi Sibir neftini qəbul edir və onu “Drujba” neft kəmərinə ötürür. Stansiya Rusiya şirkəti “Transneft”-ə məxsusdur.

Mənbənin məlumatına görə, hücum nəticəsində altı partlayış baş verib və neftlə dolu bir neçə rezervuar yanıb. Gecə saatlarında yerli “Telegram” kanalları stansiya ərazisində partlayışların olduğunu bildiriblər.

Şəhər administrasiyası qeyd edib ki, pilotsuz aparatın qalıqları sənaye zonasına düşüb və yanğın başlayıb. Hakimiyyətin açıqlamasına görə, əhali üçün təhlükə yoxdur.

TAHİR

Seçilən
7
baki-xeber.com

1Mənbələr