GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Slovakiya Drujba boru kəməri ilə Rusiya neftinin tranzitinin dayandırılmasına cavab olaraq Ukraynaya elektrik enerjisinin ixracını dayandırmaq qərarı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko məlumat yayıb.
O qeyd edib ki, Slovakiya tərəfi bu addımı enerji balansına və milli maraqlara təsir edən qərarlara qarşı cavab tədbiri kimi qiymətləndirir.
Onun sözlərinə görə, qərar bu gündən qüvvəyə minir və Ukraynaya yönələn elektrik enerjisi axını müvəqqəti olaraq dayandırılır. Slovakiya hökuməti hesab edir ki, enerji tranziti və qarşılıqlı öhdəliklər birtərəfli qaydada dəyişdirildikdə, buna adekvat reaksiya verilməsi zəruridir.
Qeyd edək ki, Slovakiyanın Ukraynaya elektrik enerjisinin ixracını dayandırması Kiyevdə və ətraf ərazilərdə hazırda çətin olan durumu daha dəhşətli vəziyyəti götirəcəyi bildirilir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.