Nyukasl, 23 fevral, AZƏRTAC
Düşünürəm ki, “Qarabağ”da xüsusilə sol cinahda oynayan futbolçular çox sürətlidirlər. Onlara qarşı diqqətli olmalıyıq. Ümumilikdə güclü komandadırlar. Arxadan qurulan hücumları yaxşı təşkil edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Ceykop Mörfi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, əlavə edib ki, komanda doğma meydanda öz oyun üslubunu nümayiş etdirməyə çalışacaq:
“Evdə oynayanda bizim öz dəyərlərimiz və oyun prinsiplərimiz var. Çalışacağıq ki, özümüzü göstərək və ən yaxşı oyunumuzu ortaya qoyaq. Nəticənin daha da yaxşı olması üçün əlimizdən gələni etməliyik”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyukasl