AZ

“Qarabağ”a qarşı oyunda buna diqqət etməliyik - “Nyukasl”ın futbolçusu

BAKI, 23 fevral. TELEQRAF

“Qarabağ çətin rəqibdir, 9 nömrələri ilə arxaya sürətlə çıxırlar, buna diqqət etməliyik. Amma evdə oynayanda oyun prinsiplərimizi yerinə yetirməyə çalışırıq”

Teleqraf xəbər verir ki, bu sözləri "Nyukasl"ın futbolçusu Ceykob Merfi “Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, sabahkı görüşdə qələbə qazanmaq istədiklərini qeyd edib: “Hələ görüləsi çox iş var, amma hazırkı şəraitdən məmnunuq. Cari mövsümüm çox yaxşı işlər görmüşük və bu 1/8 final buna əlavə dəyər qatacaq”

Merfi ÇL-də öz performansından d asöz açıb:

“Həqiqətən inanılmaz hislərdir. Bir neçə il əvvəl Çempionlar Liqasındakı oyunlar mənim nail olmaq istədiyim şey idi. İlk qolum məndən sanki qaçırdı və onu vurmaq bir qədər çətin idi. Nəhayət onu vurmaq mümkün oldu”.

Seçilən
5
teleqraf.com

1Mənbələr