AZ

Slovakiya Ukraynaya elektrik enerjisi təchizatını dayandırıb

BAKI, 23 fevral. TELEQRAF

Slovakiya Ukraynaya elektrik yardımı göstərməyi dayandırıb.

Teleqraf xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko "Facebook"da yayımlanan videomüraciətində bildirib.

"Bu gündən etibarən Ukrayna tərəfi Slovakiyadan Ukrayna enerji şəbəkəsinin sabitləşdirilməsində kömək istəsə, o, belə bir yardım almayacaq" - Slovakiya Nazirlər Kabinetinin rəhbəri bildirib.

Fevralın 21-də Fiko bildirib ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenski 23 fevrala qədər Drujba boru kəməri vasitəsilə Slovakiyaya neft tədarükünü bərpa etməsə, Ukraynaya təcili enerji təchizatı dayandırılacaq.Baş nazir vurğulayıb ki, Slovakiyada təxminən 180 min ukraynalı var və ölkə qonşusuna humanitar yardım göstərir.

Seçilən
10
teleqraf.com

1Mənbələr