Slovakiya Ukraynaya elektrik enerjisi təchizatını dayandırıb.
"Unikal" xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. O Bratislavanın Drujba boru kəməri vasitəsilə Rusiya neftinin tranzitinin dayandırılmasına cavab olaraq Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırdığını açıqlayıb.
O bu gündən etibarən Ukraynanın Slovakiyadan elektrik şəbəkəsinin sabitləşdirilməsi üçün kömək istəsə, belə bir yardım göstərilməyəcəyini bildirib.