AZ

Volvo 40 mindən çox elektrikli avtomobili geri çağırır




Volvo Cars şirkəti akkumulyatorun həddindən artıq qızması riski səbəbindən 40.323 ədəd EX30 SUV elektrik avtomobilini geri çağırır.

Newscenter.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hissələr pulsuz dəyişdirilənə qədər şirkət bu modelin sahiblərinə yanğın riskini aradan qaldırmaq üçün batareya yükünü 70%-ə qədər məhdudlaşdırmağı tövsiyə edir.

Ekspertlər hesab edirlər ki, geri çağırılma Volvo-nun nüfuzuna ciddi zərbə vura və şirkətə baha başa gələ bilər. Təkcə təchizatçıdan yeni batareyaların qiyməti 195 milyon dollara çata bilər.

Anar
Seçilən
11
1
newscenter.az

2Mənbələr